Bazar ertəsi, 27 Avqust 2018 12:05

İranlı karateçilər Asiya Oyunlarında daha iki medal qazanıblar

İranlı karateçilər Asiya Oyunlarında daha iki medal qazanıblar

İranın idman karvanı 2018-ci il Asiya oyunlarının davamında daha bir qızıl və bir bürünc medal əldə etməyə müvəffəq olubdur.

İranlı karate ustası Bəhmən Əsgəri bu gün 2018-ci il Asiya oyunlarının karate yarışlarında 75 kiloqramdan aşağı çəki dərəcəsi üzrə final görüşündə ərəbistanlı rəqibini məğlub edərək, İranın idman karvanının bu yarışlardakı 15-ci qızıl medalını qazanıbdır.

Əsgəri finala vəsiqə qazanmazdan öncə Əfqanıstan, Monqolustan, Tailand və Tayvandan olan rəqiblərini məğlub etmişdi.

İranlı qadın karateçi Peqah Zəngənə də bu gün 68 kiloqramdan aşağı çəki dərəcəsində 2018-ci il Asiya oyunlarının bürünc medalını əldə edibdir.

İranın idman karvanı indiyədək 15 qızıl, 14 gümüş və 13 bürünc və bütövlükdə 42 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının turnir cədvəlinin dördüncü pilləsində durur.

İranın idman karvanı 280 kişi və 98 qadın idmançı ilə bu yarışlarda iştirak edir. Bu oyunlarda 45 Asiya ölkəsindən gəlmiş 11 mindən çox idmançı iştirak edir.

18-ci Asiya olyunları 2018-ci il avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə