Bazar, 26 Avqust 2018 22:22

İranın idman karvanı Asiya oyunlarında daha üç medal alıb

İranın idman karvanı Asiya oyunlarında daha üç medal alıb

2018-ci il Asiya oyunlarının davamında İranın idman karvanı daha bir gümüş və iki bürünc medal qazanıb.

61 kiloqramdan aşağı çəki dərəcəsində yarışan iranlı qadın karate ustası Rozita Əlipur gümüş medal qazanıb.

İranlı qadın karate ustası Cənubi Koreya, Tailand və Özbəkistandan olan rəqiblərini qarşısından götürərək, finalda çinli rəqibi ilə görüşüb. Görüş 0-0 hesabı ilə başa çatıb. Sonda hakimlər Çin nümayəndəsini qalib elan ediblər.

Həmçinin 65 kiloqramdan aşağı çəki dərəcəsində "pençak silat" növündə yarışan iranlı qadın idmançı Təhminə Kərbəlayi yarımfinal görüşündə vyetnamlı rəqibinə məğlub olaraq, bürünc medalla kifayətlənibdir.

2018-ci il Asiya oyunlarının ağırlıqqaldırma yarışlarında 105 kiloqram çəki dərəcəsində mübarizə aparan İran nümayəndəsi Əli Haşemi də bürünc medal alıbdır.

İranın idman karvanı indiyədək 14 qızıl, 14 gümüş və 11 bürünc və bütövlükdə 39 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının turnir cədvəlinin dördüncü pilləsində durur.

İranın idman karvanı 280 kişi və 98 qadın idmançı ilə bu yarışlarda iştirak edir. Bu oyunlarda 45 Asiya ölkəsindən gəlmiş 11 mindən çox idmançı iştirak edir.

18-ci Asiya olyunları 2018-ci il avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə