Bazar, 29 iyul 2018 07:52

Gənc iranlı voleybolçular Asiya çempionu oldular

Gənc iranlı voleybolçular Asiya çempionu oldular

İranın gənc voleybolçuları Asiya çempionu oldular

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının gənclərdən ibarət voleybol komandası şənbə günü Asiya Voleybol Çempionatının final matçında Cənubi Koreya ilə qarşılaşıb. Matçı 3-0 öz xeyrinə başa vuran İran komandası çempion olub. 

İran və Cənubi Koreya komandaları Asiya Voleybol Çempionatının finalisti olmaqla dünya çempionatında iştiraka da vəsiqə əldə ediblər. 

Cənubi Koreya bundan öncə qrup mərhələsində də İran komandasına məğlub olmuşdu. İranın gənclərdən ibarət voleybol komandası daha öncə Çin, Cənubi Koreya, Hindistan, Qazaxıstan və Taylənd komandalarını məğlub etmişdi. 

Şərh yaz


Məxfi kod
Yenilə