Cümə axşamı, 26 iyul 2018 14:18

İranın milli futbol komandasının ulduzu İngiltərənin Brayton komandasında oynayacaq

İranın milli futbol komandasının ulduzu İngiltərənin Brayton komandasında oynayacaq

İranın milli futbol komandasının ulduzu Əlirza Cəhanbəxş İngiltərənin Brayton komandasına qoşulub.

İRNA-nın verdiyi məlumata görə, ötən il Alkmaar komandasının tərkibində Hollandiya futbolunun bambardiri olan Əlirza Cəhanbəxş 5 illik müqavilə əsasında İngiltərənin Brayton komandasına qoşulub. 

Brayton klubu Cəhanbəxş ilə imzalanan müqavilənin məbləğinə işarə etməsə də, bu transfertin klubun öncəki transfertləri ilə bağlı rekord rəqəmdən daha çox olduğunu bildirib. 

İngiltərənin bəzi mediaları isə Əlirza Cəhanbəxş ilə imzalanan müqavilənin məbləğini 17 milyon funt sterlinq elan ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə