Bazar ertəsi, 23 iyul 2018 07:53

İran 7 qat dünya çempionu oldu

İran 7 qat dünya çempionu oldu

İranın oturaq voleybol komandası Bosniya və Herseqovina yığmasını 3:0 hesabı ilə məğlub edərək 7 qat dünya çempionu olub.

Hollandiyada keçirilən oturaq voleybol üzrə Dünya Kubokunun finalında İranın kişilərdən ibarət yığma komandası Bosniya və Herseqovina komandası ilə qarşılaşıb və 25:18, 25:13 və 25:20 hesabı ilə matçın qalibi elan olunub. 

İranın oturaq voleybol üzrə yığma komandası ötən gün Ukrayna yığmasını məğlub edərək finala yüksəlmiş və 2020 Tokio Paralimpiya Oyunlarına vəsiqəni təmin etmişdi. 

İranın qadınlardan ibarət oturaq yığma komandası isə kubokda 9-cu yeri tutub. 

İranın kişilərdən ibarət yığma komandası bundan öncə 1984, 1986, 1990, 1994, 1998 və 2010-cu illərdə çempion olub. 

Oturaq voleybol üzrə 2018 Dünya Kuboku 15-23 iyulda Hollandiyada keçirilib. 

Şərh yaz


Məxfi kod
Yenilə