Bazar ertəsi, 16 iyul 2018 06:38

İranın gənclərdən ibarət uşu komandası dünya çempionu olub

İranın gənclərdən ibarət uşu komandası dünya çempionu olub

İranın gənclərdən ibarət uşu komandası 11 qızıl, 8 gümüş və 7 bürünc medal qazanaraq, ilk dəfə "sanda" və "talo" bölmələrində dünya çempionu olub.

Gənclərin uşu üzrə yeddinci dünya çempionatı cümə axşamı günündən 45 ölkədən 400 idmançının iştirakı ilə Braziliyanın eyniadlı şəhərində başlanıb və bazar günü gecə başa çatıbdır.

Gənclərin uşu üzrə yeddinci dünya çempionatının sonuncu günündə qızlar və oğlanlar bölmələri üzrə müxtəlif çəki dərəcələrində finala çıxmış İranın "sanda" növü üzrə yarışan doqquz uşu ustasının hamısı öz rəqibini məğlub edərək, qızıl medal qazanıbdır.

İlk dəfədir ki, Çin istisna olmaqla bir ölkənin yığma komandası uşunun iki növündə, yəni "sanda" və "talo" bölmələrində yarışların birincisi olur.

Bu yarışlarda Honq-Konq on qızıl, dörd gümüş və səkkiz bürünc medalla çempionatın ikincisi olub. ABŞ isə səkkiz qızıl, dörd gümüş və üç bürünc medalla üçüncü pillədə durub. 

Şərh yaz


Məxfi kod
Yenilə