Bazar, 15 iyul 2018 11:36

Belçika dünya 3-cüsü oldu

Belçika dünya 3-cüsü oldu

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı sona yaxınlaşır.

Futbol üsrə dünya çempionatında 3-cü yer uğrunda görüş keçirilib.

Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda təşkil olunmuş qarşılaşmada Belçika və İngiltərə milliləri üz-üzə gəlib.

Oyun Belçikanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Tomas Mönyö açıb. 82-ci dəqiqədə isə kapitan Eden Azar yekun nəticəni müəyyənləşdirib.

Bununla da Belçika millisi dünya çempionatları tarixində ilk dəfə medal qazanıb. "Qırmızı şeytanlar"ın bunadək ən böyük uğuru DÇ-1986-da 4-cü yer olub. Bu komandanın aktivində 1980-ci il Avropa çempionatında gümüş, AVRO-1972-də isə bürünc medal da var.

Matça iranlı hakimlər Əlirza Fəğani, Rza Soxəndan və Məhəmmədrza Mənsuridən ibarət heyət hakimlik edib. 

Futbol üzrə dünya çempionatında 1-ci yer uğrunda mübarizə bu gün Fransa və Xorvatiya arasında baş tutacaq. 

Şərh yaz


Məxfi kod
Yenilə