Şənbə, 14 iyul 2018 18:18

İran yığması gənclər arasında ağırlıqqaldırma üzrə dünya çempionu olub

İran yığması gənclər arasında ağırlıqqaldırma üzrə dünya çempionu olub

İranın gənclərdən ibarət ağırlıqqaldırma üzrə yığma komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 2018-ci il dünya çempionatında üçüncü il dalbadal bu yarışların qalibi olub.

İranın gənclərdən ibarət ağırlıqqaldırma üzrə yığma komandası iki qızıl, üç gümüş və üç bürünc medal qazanaraq, dünya çempionu olub.

Özbəkistan, Türkiyə və ABŞ yığmaları müvafiq olaraq ikincidən dördüncüyədək olan yerləri tutublar.

İranın gənclərdən ibarət ağırlıqqaldırma üzrə yığma komandası bundan öncə 2017-ci il Yaponiya və 2016-cı il Gürcüstan dünya çempionatlarının birincisi olubdur.

İyulun altısında başlanan 2018-ci il dünya çempionatı bu gün başa çatıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə