Cümə axşamı, 12 iyul 2018 19:30

DÇ-2018: Xorvatlar tarix yazdı

DÇ-2018: Xorvatlar tarix yazdı

Futbol üzrə Rusiya 2018 Dünya Çempionatında Xorvatiya yığma komandası İngiltərəni 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə olaraq finala vəsiqə qazanıb.

İRNA-nın məlumatına görə, Futbol üzrə Dünya Çempionatının ikinci yarımfinal matçında İngiltərə və Xorvatiya yığma komandaları Moskva şəhərinin Lujniki stadionunda qarşılaşıblar. Bu maraqlı matç sonda 2:1 hesabı ilə Xorvatiya yığma komandasının xeyrinə başa çatıb. 

Ötən gecə isə Fransa yığma komandası ilk yarımfinal matçında Belçika yığmasını 1:0 hesabı ilə məğlub edərək finala vəsiqəni təmin etmişdi. 

Xorvatiya və Fransa yığma komandaları 21-ci dünya çempionunu müəyyənləşdirmək üçün 15 iyulda qarşılaşacaqlar. 

Üçüncülük uğrunda matç isə 14 iyulda İngiltərə və Belçika arasında baş tutacaq. 

Şərh yaz


Məxfi kod
Yenilə