Şənbə, 07 iyul 2018 10:16

Braziliya və Uruqvay futbolçuları Rusiya dünya çempionatında uğursuz qaldılar

Braziliya və Uruqvay futbolçuları Rusiya dünya çempionatında uğursuz qaldılar

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı yarışlarının davamında keçmişdə ad-sana malik olan Uruqvay və Braziliya komandaları Fransa və Belçika komandalarına məğlub olaraq, yarımfinala çıxa bilməyiblər.

Dünən axşam futbol üzrə 2018-ci il dünya çempionatının dörddə bir final yarışlarının ilk görüşündə 1998-ci ilin dünya çempionu- Fransa yığması və iki dəfə bu yarışların çempionu olmuş Uruqvay millisi görüşüblər. Oyun 2-0 hesabı ilə Fransa komandasının xeyrinə qurtarıbdır.

Bu mərhələnin digər görüşündə isə beşqat dünya çempionu olan Braziliya komandası Belçika yığmasına 1-2 hesabı ilə məğlub olaraq, yarışlardan kənara çəkilibdir.

Bu gün dörddə bir final yarışlarının daha iki görüşü keçiriləcək. Rusiya komandası Xorvatiya yığması, İsveç millisi isə İngiltərə komandası ilə görüşəcəkdir.

İyunun 14-də Rusiyada başlanmış futbol üzrə 2018-ci il dünya çempionatı iyulun 15-də başa çatacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə