Cümə, 06 iyul 2018 22:41

İranlı güləşçilər Gürcüstanda keçirilən beynəlxalq turnamenti 12 medal ilə başa vurublar

İranlı güləşçilər Gürcüstanda keçirilən beynəlxalq turnamenti 12 medal ilə başa vurublar

İranın sərbəs və Yunan-Roma növü üzrə güləş komandaları Gürcüstanda keçirilən beynəlxalq yarışlarda 2 qızıl, 3 gümüş və 7 bürünc medal əldə ediblər.

İRNA-nın məlumatına görə, Gürcüstan Qrand Pri-sinin sonunda Müslüm Nadiri Xadim və Mehrdad Mərdani 55 və 60 kq çəki dərəcələrində qızıl medalın sahibi olublar. 

Məhəmməd Əli Gərayi isə 77 kq çəki dərəcəsində gümüş medal ilə kifayətlənməli olub. Şəhab Qurəcili və Behnam Mehdizadə isə 130 kq çəki dərəcəsində bürünc medalın sahibi olublar. 

Sərbəst güləş növündə isə Mehran Nəsiri və Məhəmməd Cavad İbrahimi 65 və 92 kq çəki dərəcələrində gümüş medal ilə öz işlərini yekunlaşdırıblar. Mehran Rzazadə, Yunis İmami, Ümid Həsəntəbar, Əlirza Kərimi və Yədullah Mühibbi isə 57, 65, 79, 92 və 125 kq çəki dərəcələrində bürünc medala yiyələniblər. 

Gürcüstan beynəlxalq güləş yarışları 3-5 iyulda Tiflisdə keçirilib. 

Şərh yaz


Məxfi kod
Yenilə