Çərşənbə axşamı, 03 iyul 2018 18:58

DÇ-2018: Yaponiya-Belçika: 2-3; Asiyanın son təmsilçisi mundialdan kənarda qaldı

DÇ-2018: Yaponiya-Belçika: 2-3; Asiyanın son təmsilçisi mundialdan kənarda qaldı

Rusiya 2018 Futbol üzrə Dünya Çempionatının səkkizdə bir finalında Yaponiya yığma komandası Belçika yığmasın 2:3 hesabı ilə məğlub olub.

Rusiya 2018 Futbol üzrə Dünya Çempionatının səkkizdə bir finalında bazar ertəsi gecə Yaponiya yığma komandası alqışalayiq oyunu sərgiləməsinə rəğmən, Belçikaya 2:3 hesabı ilə məğlub olub və mundialla vidalaşıb. 

Çempionatın iddialılarından biri Belçika yığma komandası matçda 2:0 geriyə düşməsinə baxmayaraq, sonda heasbı öz xeyrinə dəyişib və 3:2 hesabı ilə qalib gəlib. 

Matç Rostov şəhərində keçirilib. Ədaləti isə seneqallı Malanq Didhio qoruyub. 

Ötən gün baş tutan səkkizdə bir finalın digər matçında Braziliya yığması Meksikanı 2:0 hesabı ilə məğlub edərək dörddə bir finala vəsiqə qazanıb. 

2018 Dünya Çempionatı 14 iyundan 15 iyula qədər Rusiyada keçirilir. 

Şərh yaz


Məxfi kod
Yenilə