Şənbə, 30 June 2018 09:48

İranın milli futobl komandası "DÇ-2018"in ən yaxşı müdafiə komandası seçilib

İranın milli futobl komandası "DÇ-2018"in ən yaxşı müdafiə komandası seçilib

Beynəlxalq Futbol Federasiyası (FİFA) İranın milli futbol komandasını Rusiyada keçirilən Dünya Çempionatında ən yaxşı müdafiə komandası adlandırıb.

Cümə günü FİFA-nın rəsmi saytında yerləşdirilən hesabatda qrup oyunlarının ən yaxşılarının adları açıqlanıb. Bu hesabata əsasən İranın milli futbol komandası qapıya doğru gələn 149 topu önləməklə ən yaxşı müdafiə komandası elan olunub. 

Həmçinin, bu hesabatda Almaniya komandası 252 hücum ilə ən yaxşı hücum komandası seçilib. İspaniya isə 2089 ötürmə həyata keçirməklə ötürmələrin sayı baxımından ən yaxşı komanda seçilib. 

İranlı hakim Əlirza Fəxani də FİFA-nın ən yaxşı hakimləri arasında ikinci olub. 

İranın milli futbol komandası Avropa çempionu olan Portuqaliya ilə matçı 1-1 hesabı ilə başa vuraraq, dünya çempionatına qrupunun liderləri olan İspaniya və Portuqaliyadan sadəcə bir xal geri qalaraq, vida etməli olub. 

Şərh yaz


Məxfi kod
Yenilə