Çərşənbə, 27 June 2018 21:54

İranın milli futbol komandası vətənə qayıtdı

İranın milli futbol komandası vətənə qayıtdı

Dünya Futbol Çempionatında vüqarla iştirak edərək, öz cəsarəti və iradəsi ilə bütün futbol azarkeşlərinin sevgisini qazandılar. Vətəndə bir qəhrəman olaraq qarşılandılar. Bu, öz gözəl oyunu ilə hər kəsi valeh edən İran millsindən başqası deyil...

Səhər saat dörddür.  Dünya Futbol Çempionatına öz damğasını vuran və futbol azarkeşlərinin sevgisini qazanan İranın millisinin təyyarəsi Tehranda yerə enir.

İranın Milli Futbol Komandasının üzvü Ramin Rzaiyan deyir: “Səkkizdə bir final mərhələsinə yüksəlmək İranın haqqı idi. Amma, təəssüflər olsun ki, bu belə olmadı”.

İran millisinin digər üzvü Ümid İbrahimi isə deyir: “Komandanın bütün üzvləri komanda üçün var gücləri ilə çalışdılar və əllərindən gələn heç nəyi əsirgəmədilər.”

 Səksən milyon insan, bir xalq və bir ürək döyüntüsü. Onlarınc cəsarəti milli birlik və həmrəyliyə yeni ruh bəxş etdi.

Milli komandanın üzvü Mürtəza Pur Əli Gənci isə deyir: “Var gücümüzlə oynadıq və xalqımızın bizi bu nəticə ilə qəbul edəcəyinə inanıram. Çünki, əlimizdən gələn heç nəyi əsirgəmədik.”

Elə buna görə də hər bir hərəkətdə, vurulan hər bir zərbədə və istənilən müdafiədə 80 milyonun ürəyi bir döyünürdü.

İran millisinin qapıçısı Əlirza Biranvənd isə deyir: “Heç şübhəsiz bundan sonra dünya və Avropa komandaları, xüsusilə də dünya və Avropa çempionları dünya çempionatında İran ilə eyni qrupda olmaqdan çəkinəcəklər.”   

8 ildir ki, İran komandası ilə birlikdə olan Keyruş da elə İran komandası ilə yenidən zirvəyə yüksəlmişdi.

Milli komandanın baş məşqçisi Karlos Keyruş deyir: “Əldə etdiyimiz uğurlara görə özümü xoşbəxt hiss edirəm. Və əlbəttə bütün komanda üzvlərinə və bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm.”

Şərh yaz


Məxfi kod
Yenilə