Çərşənbə axşamı, 26 June 2018 07:45

İranın futbol yığması dünya çempionatından ayrıldı

İranın futbol yığması dünya çempionatından ayrıldı

İranın milli futbol komandası Portoqaliya ilə yarışı 1-1 hesabı ilə və 4 imtiyazla başa vurdu və Rusiya-2018 dünya çempionatından ayrıldı.

İRNA-nın verdiyi məlumata görə, İranın yığma futbol komandası Rusiya çempionatında qrup mərhələsindəki son yarışında dünən gecə Tehran vaxtı ilə saat 22-30-da  Rusiyanın Saransk şəhəri stadionunda Portoqaliya komandası ilə yarışa başladı və çox möhtəşəm yarış nümayiş etdirərək 1-1 hesabı ilə çempionatdan ayrıldı.

İranın milli futbol komandası bu oyunla 4 imtiyaz qazandı və öz ləyaqətini nümayiş etdirsə də növbəti mərhələyə yol tapa bilmədi. 

İran komandasının qolunu Kərim Ənsarifərd 92-ci dəqiqədə penaltı nöqtəsindən reallaşdırdı. 

İran yığması Rusiya-2018 dünya çempionatında B qrupuna İspaniya, Portoqaliya və Marakeş ilə eyni qrupa düşdü. 

Şərh yaz


Məxfi kod
Yenilə