Cümə axşamı, 21 June 2018 08:19

Dünya Çempionatı: İran-İspaniya 0:1

Dünya Çempionatı: İran-İspaniya 0:1

Rusiya 2018 Dünya Çempionatının ikinci turunda çərşənbə gecə İran İslam Respublikasının futbol üzrə yığma komandası ulduzlarla dolu İspaniya yığmasına məğlub olub.

2018 Dünya Çempionatının B qrupunda İran və İspaniya yığmaları Tehran vaxtı ilə 22:30-da Kazan şəhəri stadionunda qarşılaşıblar. 

İran futbolçuları mundialın əsas iddialılarından biri İspaniya qarşısında inamlı oyun sərgiləyərək minimal nəticə ilə məğlub olublar. 

İspaniya 1964, 2008 və 2012-ci illərdə Avropa Çempionu və 2010-cu ildə Dünya Çempionu olub. 

İran və İspaniya yığma komandalarının matçının ədaləti isə uruqvaylı hakim Antonio Konhaya tapşırılmışdı. 

İranın futbol üzrə yığma komandası Rusiya 2018 Dünya Çempionatının üçüncü turunda 25 iyunda Portuqaliya yığması ilə qarşılaşacaq. 

İran Dünya Çempionatında B qrupunda İspaniya, Portuqaliya və Mərakeşlə mübarizə aparır. 

2018 Dünya Çempionatı 14 iyundan 15 iyuladək Rusiyada keçirilir. 

Şərh yaz


Məxfi kod
Yenilə