Cümə axşamı, 21 June 2018 07:34

DÇ 2018: Ərəbistan və Mərakeş vidalaşdı

DÇ 2018: Ərəbistan və Mərakeş vidalaşdı

Uruqvay futbol üzrə yığma komandası vurduğu yeganə qolla Səudiyyə Ərəbistanını 2018 Dünya Çempionatından uzaqlaşdırıb.

Uruqvay və Səudiyyə Ərəbistanı yığma komandalarının matçı çərşənbə günü keçirilib. Latın Amerikası təmsilçisi hücumçusu Luis Suaresin 22-ci dəqiqədə vurduğu qolla asiyalı rəqibini mundialdan kənarlaşdırıb. 

Bu matçdan öncə Portuqaliya yığma komandası Kriştiano Ronaldonun qolu ilə Mərakeşi məğlub edib və Dünya Çempionatının səkkizdə bir finalına vəsiqə qazanmağa ümidlərini artırıb. 

Mərakeş yığma komandası ilk matçda İran İslam Respublikası yığma komandasına 0:1 hesabı ilə məğlub olmuşdu. İki matçda heç bir xal qazanmayan Mərakeş yığması da mundilalla vidalaşıb. 

Şərh yaz


Məxfi kod
Yenilə