Çərşənbə axşamı, 03 Aprel 2018 20:50

İranlı yeniyetmə basketbolçuların Asiya çempionatında ilk uğuru

İranlı yeniyetmə basketbolçuların Asiya çempionatında ilk uğuru

İranın yeniyetmələrdən ibarət basketbol komandası Çində keçirilən Asiya çempionatındakı ilk görüşündə yüzdən yuxarı hesab fərqi ilə Makao komandasını məğlub edibdir.

İranın yeniyetmələrdən ibarət basketbol komandası Asiya çempionatında 148-45 hesabı ilə Makao komandasını məğlub edib və özünün digər rəqibləri üçün meydan oxuyubdur.

İranın yeniyetmələrdən ibarət basketbol komandası sabah Tayvan yığması ilə görüşəcək.

On altı yaşından aşağı yeniyetmələrin Asiya üzrə basketbol yarışlarının beşinci dövrü aprelin ikisindən səkkizinədək on üç komandanın iştirakı ilə Çində keçirilir və dörd üstün komanda yeniyetmələrin Argentinada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqdır.

Yeniyetmələrin basketbol üzrə Asiya çempionatları tarixində Çin üç çempionluq və bir üçüncülüklə öndə gedir. 

Şərh yaz


Məxfi kod
Yenilə