Cümə axşamı, 15 Mart 2018 17:44

Gimnastika üzrə İran yığması Bakı yarışlarına hazırdır

Gimnastika üzrə İran yığması Bakı yarışlarına hazırdır

Bu gün Bakıda İranın yığma komandasının iştirakı ilə ümumdünya gimnastika yarışlarına start veriləcək.

İRİB-in verdiyi məlumata görə, bu ümumdünya yarışlarda 25 ölkədən 110-dən çox idmançı iştirak edir.

İran İslam Respublikasından da müxtəlif yaş qruplarına daxil olan 6 idmançı qtılıb.

İranın gimnastika üzrə yığma komandasının baş məşqçisi Rza Xeyirxah Bakı yarışlarına qatılan iranlı idmançıların 70 faizinin gənc olduğunu bildirərək deyib: Bu rəqabətlərə qatılmaqda ən əsas məqsədimiz  bu il yayda keçiriləcək Cakarta-2018-ci il Asiya yarışlarına hazırlıqdan ibarətdir və Bakı rəqabətləri az təcrübəyə malik olan iranlı gimnastiklərin təcrübə qazanmasına şərait yaradacaq. 

Bakıda gimnastika üzrə ümumdünya yarışları 15-18 martda keçirilir.

Şərh yaz


Məxfi kod
Yenilə