Çərşənbə axşamı, 06 Mart 2018 18:31

Asiya Çempionlar Liqası: Perspolis-Əl-Vəsl: 2:0

Asiya Çempionlar Liqası: Perspolis-Əl-Vəsl: 2:0

Futbol üzrə Asiya Çempionlar Liqasının 3-cü turunda İranın Perspolis komandası Birləşmiş Ərəb Əmirliklərinin Əl-Vəsl komandasını 2:0 hesabı ilə məğlub edib.

Asiya Çempionlar Liqasında İranın təmsilçilərindən biri Perspolis komandası bazar ertəsi günü 3-cü tur çərçivəsində Tehranın Azadi stadionunda Birləşmiş Ərəb Əmirliklərinin əl-Vəsl komandası ilə qarşılaşıb və iki 2:0 hesabı ilə qalib gəlib. 

İranın Perspolis komandası bu qələbə sayəsində Asiya Çempionlar Liqasının C qrupunda Özbəkistanın Nəsəf-Qarşi və Qətərin Əs-Səd komandası ilə birlikdə 6 xala sahib olsa da, vurduğu qolların sayına görə, qrupun lideri olub. 

C qrupunun digər matçında Özbəkistanın Nəsəf-Qarşi komandası Qətərin Əs-Səd komandasını 1:0 hesabı ilə məğlub edib. 

Hazırda Asiya Çempionlar Liqasının C qrupunda İranın Perspolis, Qətərin Əs-Səd və Özbəkistanın Nəsəf-Qarşi komandaları 6 xal toplayıblar və növbəti mərhələyə vəsiqə qazanmağa yaxındırlar. 

Asiya Çempionlar Liqasının A qrupunda da İranın Traktorsazi komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin əl-Cəzirə komandası arasında baş tutan matç qolsuz bərabərlik sona çatıb. 

Şərh yaz


Məxfi kod
Yenilə