Çərşənbə, 28 Fevral 2018 16:26

İranlı güləşçilər Asiya Çempionatının ilk günündə 2 qızıl və 1 gümüş medal əldə ediblər

İranlı güləşçilər Asiya Çempionatının ilk günündə 2 qızıl və 1 gümüş medal əldə ediblər

Qazaxıstanda keçirilən Asiya Çempionatında yunan-roma güləş növü üzrə yarışların ilk günündə İran komandası 2 qızıl və bir gümüş medalın sahibi olub.

İRİB-nin verdiyi məlumata görə, 130 və 87 kiloqram çəki dərəcəsində mübarizə aparan iranlı güləşçilər Behnam Mehdizadə və Hüseyn Nuri rəqibləri üzərində qələbə çalaraq, qızıl medala yiyələniblər. 

77 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Əli Gərayi isə çinli rəqibi qarşısında məğlub olaraq, gümüş medal ilə kifayətlənməli olub. 

Asiya Güləş Çempionatı çərşənbə axşamı Qazaxıstanda start götürüb və 4 mart tarixinə kimi davam edəcək. 

Şərh yaz


Məxfi kod
Yenilə