Bazar, 25 Fevral 2018 12:43

İranlı qılınc ustası dünya üçüncüsü oldu

İranlı qılınc ustası dünya üçüncüsü oldu

İranın qılınc oynatmaq üzrə milli komandasının üzvü Əli Pakdamən şənbə günü Polşada keçirilən dünya çempionatında bürünc medalın sahibi olub.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Polşada keçirilən qılınc oynatmaq üzrə dünya çempionatının ikinci günündə İran millisinin üzvü Əli Pakdamən yarımfinal mərhələsində Cənubi Koreyadan olan rəqibi Qobongil qarşısında 15-12 hesabı ilə məğlub olaraq, bürünc medal ilə kifayətlənməli olub. 

202 qılınc ustasının mübarizə apardığı bu çempionatda İran 5 atlet ilə iştirak edir. Bazar günü komandalararası yarışlar keçiriləcək. 

Şərh yaz


Məxfi kod
Yenilə