Cümə, 16 Fevral 2018 11:56

İran yığması Asiya qitəsinin ən güclüsüdür

İran yığması Asiya qitəsinin ən güclüsüdür

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası FIFA son reytinqinə əsasən İranın futbol üzrə yığma komandası Asiya qitəsində reytinqə başçılıq edir.

İRİB-in məlumatına görə, FIFA-nın fevral ayı reytinqində İran yığması 790 xal toplayaraq yanvar ayı ilə müqayisədə 33-cü pillədə qərarlaşıb. 

İran İslam Respublikası artıq dördüncü ildir ki, Asiyada liderliyini qoruyur. 

Dünya reytinqində isə Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, İspaniya, Polşa, İsveçrə, Fransa və Çili ilk onluqda qərarlaşıb. 

Asiya qitəsində də İrandan sonra Avstraliya, Yaponiya, Cənubi Koreya və Ərəbistan müvafiq şəkildə qərarlaşıb.  

Şərh yaz


Məxfi kod
Yenilə