Bazar, 04 Fevral 2018 17:46

İran Asiyada qapalı arenada keçirilən yüngül atletikada 2-ci yeri tutdu

İran Asiyada qapalı arenada keçirilən yüngül atletikada 2-ci yeri tutdu

Tehranda qapalı arenada keçirilən qaçış üzrə Asiya Çempionatı Qazaxıstanın çempionluğu və İranın ikinci yeri tutması ilə sona çatıb.

İRNA-nın məlumatına görə, Tehranda qapalı arenada keçirilən qaçış üzrə 8-ci Asiya Çempionatı üç gün davam edib. 

Bu turnirdə İran təmsilçiləri 60 metr, 1500 metr, 3000 metr, disk atmada qızıl medal qazanıblar. 

İran yığması həmçinin qaçış üzrə yarışlarda 9 gümüş və 10 bürünc medal qazanıb. 

Bu yarışlarda Qazaxıstan 7 qızıl, 4 gümüş və 1 bürünclə çempion olub. Qətər yığması 4 qızıl, 3 gümüş və 2 bürünclə üçüncü yeri tutub. 

Tehranda qapalı arenada keçirilən yüngül atletika üzrə 8-ci Asiya Çempionatında 22 ölkədən 360 idmançı iştirak edirdi. 

Şərh yaz


Məxfi kod
Yenilə