Çərşənbə axşamı, 23 Yanvar 2018 19:36

Bakıda İranın futzal yığmasının məşqləri başlanıb

Bakıda İranın futzal yığmasının məşqləri başlanıb

İran İslam Respublikasının milli futzal komandası dünən axşam Bakıda texniki heyətin nəzarəti ilə bir məşq keçirərək, özünün üçgünlük məşqlərinə başlayıbdır.

İran İslam Respublikasının milli futzal komandası bu məşqlərin davamında bu gün və sabah Bakı vaxtı ilə saat 21-də iki yoldaşlıq görüşü keçirəcək.

İranın milli futzal komandasının baş məşqçisi Seyid Mohəmməd Nazim Əlşəriət Sloveniyanın Bakıdakı məşqlərinin ləğv olunmasının ardınca keçirilən bu mərasimin təşkil olunmasının xas şəraitinə toxunaraq, deyib: İran İslam Respublikasının milli futzal komandası yaxşı komandadır və biz bu məşqlərdə Asiya xalqlarının kuboku üçün məşqlər keçirməklə yanaşı, komandanın üzvlərini də seçəcəyik.

2018-ci il Asiya xalqlarının kuboku üzrə futzal yarışları Tayvanın ev sahibliyi və on altı komandanın dörd qrupda iştirakı ilə fevralın birindən on birinədək keçiriləcək.

Şərh yaz


Məxfi kod
Yenilə