Şənbə, 13 Yanvar 2018 23:30

Ruhani tanker işçilərinin durumunun müəyyənləşdirilməsinə təkid edib

Ruhani tanker işçilərinin durumunun müəyyənləşdirilməsinə təkid edib

İran İslam Respublikası prezidenti bu gün İranın qəzaya uğramış neftdaşıyan gəmisinin durumuna nəzrət üzrə xüsusi komitənin rəhbəri təyin edilərək hadisə yerinə göndərilmiş İranın əmək və əhalinin sosial təminatı nazırının müavini Əli Rəbii ilə telefon əlaqəsi yaradaraq deyib: Gəminin ekipaj üzvlərinin durumunun ən qısa zamanda müəyyənləşdirilməsi üçün lazımı imkanlar səfərbər edilsin.

İİR Prezidenti Aparatının mətbuat xidmətinin bildirdiyinə görə, Həsən Ruhani deyib: İranın Xarici İşlər Nazirliyinin müzakirələr və dəstəyinin davam etməsi ilə ekipaj üzvlərinin teleyinin tezliklə müəyyənləşdirilməsi üçün bütün imkanların səfərbər edilməsi böyük zərurət daşıyır. 

İran İslam Respublikası prezidenti İranın Əmək nazirindən istəyib ki, hadisə barədə birbaşa və davamlı şəkildə məlumat verməklə yanaşı iranlı və çinli qüvvələrin ilk fürsətdə təmilləşdirici və xilasedici tədbirlər üçün gəmiyə daxil olmasından əmin olsun! 

Bu telefon danışığında Əli Rəbii də İran gəmisinin durumu ilə əlaqədar fövqəladə iclas barədə məlumat verərək bildirib ki, İran hökuməti tərəfindən çinli rəsmilərdən iranlı dənizçilərin xilası üçün bütün imkanlarından istifadə etmələrini və səylərini daha da artırmalarını istəmişdir. 

Şərh yaz


Məxfi kod
Yenilə