Cümə, 08 Dekabr 2017 12:02

2017-nin Qızıl Topu Kriştiano Ronaldoya təqdim olundu

2017-nin Qızıl Topu Kriştiano Ronaldoya təqdim olundu

İspaniyanın Real Madrid komandasının portuqaliyalı ulduzu Kriştiano Ronaldo 2017-ci ildə dünyanın ən yaxşı futbolçusu kimi qızıl topla mükafatlandırılıb.

Pars Todayın məlumatına görə, bu il Real Madridlə İspaniyada Laliqa və Avropa Çempionlar liqasının qalibi olmuş Ronaldo beşinci dəfə qızıl topu qazanıb və bu baxımdan argentinalı rəqibi Lionel Messi ilə uğurlarını bərabərləşdirib. 

Kriştiano Ronaldo, Lionel Messi və Neymar builki qızıl topun üç son namizədi idi. 

Real Madridin hücumçusu ikinci il ardıcıl olaraq qızıl top mükafatına layiq görülüb. O bundan öncə 2008, 2013, 2014 və 2016-cı ildə bu mükafata layiq görülmüşdü. 

Şərh yaz


Məxfi kod
Yenilə