Bazar ertəsi, 04 Dekabr 2017 09:54

İranlı idmançı ağır atletika üzrə dünya çempionu olub

İranlı idmançı ağır atletika üzrə dünya çempionu olub

Rio Olimpiadasında 94 kiloqram çəki dərəcəsində qızıl medal sahibi olmuş Sohrab Moradi bu qəbildən ABŞ-da keçirilən dünya çempionatında da qızıl medal qazanıbdır.

Sohrab Moradi birdən qaldırma hərəkətində 184 kiloqramlıq ağırlığı qaldıraraq, bir kiloqram fərqlə qızıl medal qazanmağa müvəffəq olub.

Moradi təkanla qaldırma yarışlarında elə ilk hərəkətdə 219 kiloqram ağırlığı qaldıraraq, təkanla qaldırmada və iki hərəkətin cəmində qızıl medalını qətiləşdiribdir.

94 kiloqram çəki dərəcəsində yarışan ağır atletimiz ikinci hərəkətdə 233 kiloqramlıq ağırlığı qaldıraraq, 17 ildən sonra təkanla qaldırma üzrə rekordu bir kiloqram artırıb. O, həmçinin özünə aid olan iki hərəkət üzrə dünya rekordunu 4 kiloqram artırıbdır.

94 kiloqram çəki dərəcəsində təkanla qaldırma üzrə rekord 2000-ci ildə Polşadan olan Simon Kollçi tərəfindən qeydə alınmışdı.

Bundan başqa, 94 kiloqram çəki dərəcəsində yarışan digər ağır atletimiz Seyid Əyyub Musəvi birdən qaldırma hərəkətində 171 kiloqramlıq ağırlığı qaldıraraq, beşinci olduqdan sonra təkanla qaldırma hərəkətində 214 kiloqramlıq ağırlığı başı üzərinə qaldıraraq, bürünc medal qazanıbdır.

Bu çəki dərəcəsində Litvadan olan Didej Balis 388 kiloqramlıq ümumi nəticə ilə gümüş medal qazanıb.

94 kiloqram çəki dərəcəsi üzrə A qrupunun yarışları bazar ertəsi günü səhər saatlarında İran, Bolqarıstan, Cənubi Koreya, Qətər, Misir, Almaniya, ABŞ, Özbəkistan və Litvadan olan 11 ağır atletin iştirakı ilə başlanıb.

Şərh yaz


Məxfi kod
Yenilə