Cümə, 24 Noyabr 2017 16:11

FIFA-nın reytinqi: Fələstin sionist İsrail rejimindən önə keçdi

FIFA-nın reytinqi: Fələstin sionist İsrail rejimindən önə keçdi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası FIFA futbol üzrə yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Fələstin ilk dəfə olaraq sionist rejimdən önə keçib.

Fələstin milli komandası öz tarixində ilk dəfə olaraq FIFA reytinqindəki yerini yeniləyib və hətta sionist rejimdən önə keçib. 

Fələstin Futbol Federasiyasının prezidenti Cibril Rəcub Fransa İnformasiya Agentliyi ilə müsahibədə Fələstin futbol yığmasının bu uğurunu tarixi uğur adlandırıb. 

Fransa İnformasiya Agentliyinin məlumatına görə, cümə axşamı günü açıqlanan reytinqdə Fələstin milli komandası 83-cü pillədə qərarlaşıb. Lakin İsrail rejimi yığması 98-ci pillədədir. 

Şərh yaz


Məxfi kod
Yenilə