Bazar, 22 Oktyabr 2017 20:30

İran yığması Sloveniyada 18 medalla çempion oldu

İran yığması Sloveniyada 18 medalla çempion oldu

İranın gimnastika üzrə əsas və gənclərdən ibarət yığma komandası Sloveniyada beynəlxalq turnirdə uğurlu çıxış edərək və 18 qızıl, gümüş və bürünc medal qazanaraq bu yarışlarda komanda üzrə çempion olub.

İRİB-in məlumatına görə, Sloveniyada Gimnastika üzrə Beynəlxalq Turnirin 2-ci günündə və fərdi yarışlarda İran yığması müxtəlif üslublarda dörd qızıl, iki gümüş və iki bürünc medal qazanıb.

Fərdi yarışlarda İranın gənclərdən ibarət yığması da müxtəlif üslublarda 6 qızıl və gümüş medal qazanıb.

Sloveniyada Beynəlxalq Gimnastika Turniri ötən cümə günündən iki gün müddətinə İran, Avstriya, Belçika, Xorvatiya, Çexiya Respublikası, İngiltərə, Avstraliya, Serbiya və Sloveniya yığmalarının iştirakı ilə keçirilib.

Şərh yaz


Məxfi kod
Yenilə