Çərşənbə axşamı, 25 iyul 2017 18:02

İlk iranlı qadının adı “Ginnes”də qeydə alınıb

İlk iranlı qadının adı “Ginnes”də qeydə alınıb

Qolubağlı şəkildə açıq sularda üzərək, rekord qazanmış İlham Sadat Əsğərinin adı ilk iranlı qadın kimi “Ginnes”də qeydə alınıb və beləliklə “Ginnes”də rekordun qeydə alınması hökmünə malik olan iranlıların sayı beş nəfərə çatıb.

IRNA-nın məlumatına görə, “Ginnes” rekordlarının İranda qeydə alınması üzrə məsul şəxs Ruhollah Doşmən Ziyari bu gün belə deyib: İlham Sadat Əsğəri qolubağlı şəkildə üç saatdan çox Fars Körfəzi sularında üzüb və bu sahədə dünya rekordunu qeydə aldırıb.

“Ginnes” rekordlarının İranda qeydə alınması üzrə məsul şəxs sonra söyləyib: Bu iranlı qadın islami geyimlə italiyalı kişi üzgüçü Paulo Karzerinin ixtiyarında olan qolubağlı surətdə açıq sularda üzgüçülük rekordunu sındıraraq, onu özünə aid edibdir.

Ruhollah Doşmən Ziyari əlavə edib: İranda İlham Sadat Əsğəridən əlavə, daha dörd nəfər “Ginnes”də rekordun qeydə alınması hökmünə malikdir ki, onun iki halı futbol sahəsində vurulmuş topların sayı və top çiləmək sahəsində, digər iki hal isə “ip atdı” və çiyinlə topa daha çox zərbənin vurulması sahəsindədir.

Əli Dayi dünyada futbol sahəsində ən çox milli qol rekorduna malikdir.

Şərh yaz


Məxfi kod
Yenilə