Bu səhifəni yazdır
Şənbə, 22 iyul 2017 19:56

İranlı atletlər daha bir qızıl və bir gümüş medal qazandı

İranlı atletlər daha bir qızıl və bir gümüş medal qazandı

Londonda keçirilən Dünya Paraatletika Çempionatında iranlı idmançılar daha bir qızıl və bir gümüş medal qazanıb və İranın çempionatdakı medallarının sayını 16-ya çatdırıblar.

Londonda keçirilən Paraatletika üzrə Dünya Çempionatında Saman Pakbaz ağırlıqatmada 15,83 metrlə qızıl medal qazanıb. 

Ukrayna təmsilçisi Roman Danilyok və İspaniya təmsilçisi Lopez Qonzales müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. 

İranın dizkatma üzrə idmançısı Siyamək Saleh Fərəczadə də 35,2 metrlə gümüş medala layiq görülüb. 

Bu idman növündə Çin təmsilçisi Yanjanq Vanq 37,16 metrlə qızıl medal qazanıb və Tunis idmançısı Əli Məhəmməd Kerid 34,35 metrlə bürünc medal qazanıb. 

İranın 20 nəfərlik idman karvanı çempionatın 9-cu gününə qədər 16 medal qazanıb. 3 qızıl, 8 gümüş və 5 bürünc medal bu medalları təşkil edir. 

İngiltərə paytaxtı London şəhərində 14 iyulda başlanan Paraatletika üzrə Dünya Çempionatı 23 iyula qədər davam edəcək. Çempionata 100 ölkədən mindən çox idmançı qatılıb. 

Şərh yaz


Məxfi kod
Yenilə