Cümə, 04 Noyabr 2016 11:28

İran Rusiyaya qalib gəldi

İran Rusiyaya qalib gəldi

İranın dənizkənarı futbol yığma komandası Rusiya yığmasını məğlub edib.

Birləşmiş Ərəb Əmirliklərində Qitələrarası Çempionatın 3-cü günündə İran İslam Respublikası və Rusiya yığmaları qarşılaşıblar. Matç 6:4 hesabı ilə İran yığmasının xeyrinə başa çatıb.

Bu qələbə ilə İran yığması 2-ci qrupun lideri kimi yarımfinala vəsiqəni təmin edib və Rusiya qrupda ikinci yeri tutub.

Qeyd edək ki, İranın dənizkənarı futbol yığma komandası ilk turda Amerika yığmasını 6:2 və ikinci turda isə Misirin yığmasını 4:1 hesabı ilə məğlub edib.

İran yığması yarımfinalda cümə günü Tahiti yığması ilə qarşılaşacaq.

Dənizkənarı Futbol üzrə Qitələrarası Çempionat Birləşmiş Ərəb Əmirliklərində 2 qrupda keçirilir.  İran Amerika, Misir və Rusiya yığmaları ilə eyni qrupda idi.

Şərh yaz


Məxfi kod
Yenilə