Çərşənbə axşamı, 25 Oktyabr 2016 17:11

Yeniyetmələrin ağırlıqqaldırma üzrə dünya çempionatında İran komandası gümüş medal qazanıb

Yeniyetmələrin ağırlıqqaldırma üzrə dünya çempionatında İran komandası gümüş medal qazanıb

Yeniyetmələrin ağırlıqqaldırma üzrə dünya çempionatında İranın yığma komandası ikinci olub.

IRIB-nin məlumatına görə, İranın ağırlıqqaldırma üzrə yeniyetmələrdən ibarət seçmə komandası üç qızıl, üç gümüş və üç bürünc medal qazanıb, 471 xal toplayaraq, dünya çempionatının gümüş medalçısı olub.

Rusiya və Polşa yığmaları müvafiq olaraq, birinci və üçüncü olublar.

Yeniyetmələrin ağırlıqqaldırma üzrə dünya çempionatı yarışları oktyabrın 20-də Malayziyanın Penanq şəhərində başlanıb və bu gün başa çatıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə