Bazar ertəsi, 03 Oktyabr 2016 22:17

İran dünya çempionatının 2-cisi oldu

İran dünya çempionatının 2-cisi oldu

İranın gənclər Voşo komandanı qızlar və oğlanlar üzrə Sanda və Talo bölmələrində dünya çempionatının 2-ci yerini tutub.

Ötən cümə axşamı günündən 51 ölkənin idmançılarının iştirakı ilə Bolqarıstanın Burqas şəhərində keçirilən dünya gəncləri üzrə Voşo çempionatı bu gün öz işinə yekun vurub. 

Rəqabətlərin sonunda İranın gənclər komandası qızlar və oğlanlar üzrə Talo və Sanda bölmələrində cəmi 7 qızıl, 7 gümüş və 5 bürünc medalla 2-ci yeri tutub.

Çin komandası isə keçmiş dövrlərdə olduğu kimi 19 qızıl, 3 gümüş medal qazanaraq dünya çempionu adına layiq görülüb. Həmçinin Makao 5 qızıl, 4 gümüş və 3 bürünc medalla üçüncü yeri tutub. 

Rəqabətlərin sonunda 2 qızıl və 1 gümüş medal qazanan iranlı idmançı Zəhra Kiani birinci qadın voşoçu adına layiq görülüb. 

Şərh yaz


Məxfi kod
Yenilə