Bazar, 02 Oktyabr 2016 09:25

Prezident futzal yığmasını təbrik etdi

Prezident futzal yığmasını təbrik etdi

İran prezidenti İranın Futzal üzrə yığma komandasını Dünya Çempionatında 3-cü yeri tutması münasibəti ilə təbrik edib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani öz Twitter səhifəsində yazıb: Futzal üzrə 2016 Dünya Çempionatında uğurlu nəticələr və 3-cü yeri tutması münasibəti ilə İran xalqı, futzalçıları və məşqçilərini təbrik edirəm. Mübarək olsun. 

İranın futzal üzrə yığma komandası Kolumbiyada keçirilən Dünya Çempionatının 3-cülük yeri uğrunda son oynunda Portuqaliya yığmasına qalib gələrək 3-cü yeri tutub. 

İran yığması yarımfinala qədər Mərakeş, Paraqvay və Braziliyanı məğlub etmişdi. 

Dünya Çempionatının finalında Argentina Rusiyanı məğlub edərək çempion olub. 

Şərh yaz


Məxfi kod
Yenilə