Bazar, 18 Sentyabr 2016 14:19

İranlı idmançı "Rio-2016" Paralimpiya Oyunlarında həyatını itirdi

İranlı idmançı "Rio-2016" Paralimpiya Oyunlarında həyatını itirdi

İranlı velosipedçi Bəhmən Qolbarnejad şənbə günü "Rio-2016" Olimpiya Oyunlarında qəzaya uğrayaraq, həyatını itirib.

İRİB-nin Rio De Janeyrodan verdiyi məlumata görə, yarış zamanı qəzaya uğrayan iranlı idmançı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Bəhmən Qolbarnejadın həyatını itirməsi ilə "Rio-2016"da iştirak edən İran diman karvanı qəm və kədərə batıb. 

İranlı velosipedçi Bəhmən Qolbarnejad dünən "Rio-2016" Olimpiya Oyunları zamanı qəzaya uğramış və boyun nahiyəsindən ciddi xəsarət almışdı. Sürətlə xəstəxanaya çatdırılmasına və vəziyyətinin İran idman karvanı rəsmiləri tərəfindən yaxşı elan edilməsinə baxmayaraq, Bəhmən Qolbarnejad cərrahiyyə əməliyyatı zamanı infarkt keçirərək, həyatını itirib. 

Bəhmən Qolbarnejadın həyatını itirməsi münasibəti ilə "Rio-2016" Paralimpiya Oyunlarının bağlanış mərasimi 1 dəqiqəlik sükut ilə başlayacaq. 

Bu iranlı idmançının həyatını itirməsi münasibət ilə dünən günortadan sonra Olimpiya qəsəbəsində olan Olimpiya və İran bayraqları yarı endirilib. 

Beynəlxalq Paralimpiya Komitəsinin sədri Flip Koryon iranlı velosipedçinin ölümünü son dərəcə kədərli hadisə adlandırıb və deyib: Qolbarnejadın ölümü Paralimpiya Oyunlarını təsir altına alıbdır. 

F.Koryon həmçinin deyib: Bu xəbər hamımızın ürəyini sındırmış oldu və Qolbarnejadın ailəsi, dostları və İranın Paralimpiya Milli Paralimpiya Komitəsinin kədərini bölüşürük. 

Bəhmən Qolbarnejad beynəlxalq yarışlarda 12 qızıl və bir gümüş medalın sahibi idi. 20 yaşında müharibəyə qatılan Qolbarnejad minaya düşərək, sol ayağını itirmişdi. 

Şərh yaz


Məxfi kod
Yenilə