Şənbə, 17 Sentyabr 2016 09:13

Əmiri İranın 20-ci medalını qazandı

Əmiri İranın 20-ci medalını qazandı

İran İslam Respublikasının çəkicatma üzrə yığma komandasının üzvü Rio De Janeyroda keçirilən 2016-cı il Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

İSNA-nın məlumatına görə, Paralimpiya Oyunları çərçivəsində cümə günü çəkicatmada İrandan Cəlil Baqiri, Hamid Əmiri, Bolqarıstan, Serbiya, Kameron, Bosniya və Herseqovina, Panama, Braziliya, Polşa və Tanzaniyadan olan idmançılarla mübarizə aparıblar. 

Hamid Əmiri 5-ci sınamada 11,40 metr rekordla 2-ci yeri tutaraq gümüş medal qazanıb. 

Həmçinin Cəlil Baqiri 11,16 metr rekordla 6-cı yeri tutub. 

Bolqarıstan və Polşa idmançıları müvafiq olaraq 12,33 metr və 11,39 metr rekordla 1 və 3-cü yerləri tutublar. 

İranın Paralimpiya karvanı indiyə qədər 7 qızıl, 7 gümüş və 6 bürünc qazanıb. 

Şərh yaz


Məxfi kod
Yenilə