Cümə axşamı, 15 Sentyabr 2016 10:17

Siamənd Rəhman bütün rekordları sındıraraq, qızıl medalçı olub

Siamənd Rəhman bütün rekordları sındıraraq, qızıl medalçı olub

İranın ağırlıqqaldırma üzrə superağır qrupundan olan nümayəndəsi 2016-cl Rio paralimpiya oyunlarında qızıl medal qazanıb.

Fars xəbər agentliyinin məlumatına görə, 2016-cl Rio paralimpiya oyunlarının yeddinci gününün yarışlarının davamında və ağır atletika üzrə yarışların sonuncu günündə 107 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Siamənd Rəhman elə ilk hərəkətdə 270 kiloqramlıq ağırlığı qaldırıb, paralimpiya oyunlarının rekordunu öz adına qeydə aldıraraq, qızıl medalını qətiləşdiribdir.

Rəhman ikinci hərəkətdə 300 kiloqram çəki dərəcəsini seçərək, bir daha rekord sındırmaq qərarına gəlib və bu dəfə Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş dünya çemionatında elə özünə aid olan 296 kiloqramlıq rekordu asanlıqla sındıra bilib.

Siamənd üçüncü hərəkət üçün 305 kiloqramlıq ağırlığı sifariş verib və bu dəfə də çox asanlıqla həm olimpiya, həm də dünya rekordunu təzələyə bilibdir.

Dünya paralimpiya oyunlarının ən güclü adamı dördüncü hərəkətdə rekord sındırmaq üçün 310 kiloqramlıq ağırlığı seçib və onu da qaldıra bilibdir.

Rio paralimpiya oyunlarında Siamənd Rəhmanın qızılı İranın idman karvanının "Mina şəhidləri" adı altında altıncı qızılı olub.

Bundan öncə Rio paralimpiya oyunlarının elə yeddinci günündə İranın atıcılıq üzrə nümayəndəsi Sara Cəvanmərdi 50 metlik məsafəyə tapança ilə atəşaçma yarışlarında rekordu təzələyərək, özünün bu yarışlardakı ikinci, İranın idman karvanının isə beşinci qızıl medalını qazanıb.

Şərh yaz


Məxfi kod
Yenilə