Çərşənbə, 14 Sentyabr 2016 11:00

İran Paraolimpiya Oyunlarında 4-cü qızıl medalını əldə etdi

İran Paraolimpiya Oyunlarında 4-cü qızıl medalını əldə etdi

İranlı oxçu "Rio-2016" Paraolimpiya Oyunlarında oxla atıcılıq yarışlarında qızıl medala layiq görülüb.

İRİB-nin verdiyi məlumata görə, Qulamrıza Rəhimi Paraolimpiya Oyunlarında oxçuluq yarışlarının final mərhələsində Tayləndli rəqibi qarşısında 7-3 hesabı ilə qələbə çalaraq, yarışların qəhrəmanı olub. 

Bundan öncə digər iranlı oxçu Rio-2016 Paraolimpiya Oyunlarında oxçuluq yarışlarının təsnifat mərhələsində braziliyalı rəqibini 7-1 hesabı ilə məğlub edərək, bürünc medala sahib olmuşdu. 

İranın "Rio-2016" Paraolimpiya Oyunlarındakı idman karvanı indiyə kimi 4 qızıl, 5 gümüş və 2 bürünc medal əldə edərək, ümumi sıralamada 14-cü pillədə yer alıb. 

Şərh yaz


Məxfi kod
Yenilə