Bazar ertəsi, 29 June 2020 19:07

Sionist rejim hərbçiləri Qərb sahili və Qüdsə hücum ediblər

Sionist rejim hərbçiləri Qərb sahili və Qüdsə hücum ediblər

Sionist rejim hərbçiləri dünən İordan çayının qərb sahilində və Qüdsdə bir neçə bölgəyə hücum ediblər.

 İRİB-nin Fələstin mənbələrinə istinadla məlumatına görə, sionist rejim hərbçilərinin bu hücumunda onlarla fələstinli yaralanıb və ya həbs edilib. 

Sionist qəsəbə sakinləri də İsrailli hərbçilərin köməyi ilə İordan çayının qərb sahilində yerləşən "Nablos"un cənubunda "Burin" qəsəbəsində zeytun ağacları və əkin sahələrini yandırıblar.

Sionist rejim hərbçiləri mütəmadi olaraq, əsassız bəhanələr ilə fələstinliləri saxlayıb, həbsxanaya göndərirlər.

Hazırda İsrail həbsxanalarında təxminən 6 min fələstinli əsir saxlanılır, onlardan 62-i qadın və 300 nəfəri həddi buluğa çatmayan uşaqlardır.

Fələstinli əsirlər həmişə sionist rejim həbsxanalarında fiziki və psixi işgəncələr və qeyri-insani davranışlara mərua qalırlar.

Şərh yaz


Məxfi kod
Yenilə