Bazar ertəsi, 29 June 2020 18:16

Netanyahu, fələstinlilərlə danışıqlar aparmağa hazır olduğunu iddia etdi

    Netanyahu, fələstinlilərlə danışıqlar aparmağa hazır olduğunu iddia etdi

Qərb sahilinin 30 faizini işğal etmək planını həyata keçirmək qərarına gəldiyini vurğulayan Sionist rejim baş naziri, fələstinlilərlə danışıqlar masasında oturmağa hazır olduğunu iddia etdi.

 Sionist rejimin baş naziri Benyamin Netanyahu bu səhər (Bazar ertəsi, Tehran vaxtı), İyoradan çayının qərb sahilindəki Fələstin torpaqlarının işğalının, gələcəkdı ıldı oluna biləcək hər bir sazişin ayrılmaz  hissəsi olacağını vurğulayıb.

Jerusəlim Post qəzetinin verdiyi məlumata görə, Netanyahu İsrail üçün Xristian Birliyi Təşkilatının keçirdiyi videokonfransında iddia edib ki, Qərb Sahilinin işğal planının həyata keçirilməsi nəinki bölgədəki barışıq prosesini əngəlləməyəcək, əksinə onun güclənməsinə və kompromis saziş üçün yolun açılmasına da zəmanət verəcək.

Netanyahu fələstinlilərlə danışıqlar aparmağa hazır olduğunu iddia edərək deyib: "Fələstinliləri başqa bir fürsəti əldən verməməyə və İsraili məhv etmək qəsdi ilə daha bir əsri hədərə verməməyə çağırıram. Onlar  Oturub nikbinliklə danışıqlar aparmalıdırlar. İsraillilərə və fələstinlilərə barışıq gətirə biləcək tarixi bir güzəştə getmək üçün müzakirə aparmağa hazır olmalıdırlar. İsrail belə danışıqlara hazırdır. Mən belə danışıqlara hazıram."

Sionist rejimin baş naziri bölgədəki bir çox ərəb ölkəsinin fələstinlilərin İsrail ilə danışıqlara girəcəyinə ümid etdiklərinə toxunaraq deyib: "Son on ildə mən İsrail ilə rəsmi sülh sazişi olmayan ərəb ölkələri ilə münasibətləri dərinləşdirmək üçün çox çalışdım."

Netanyahu, həmçinin Təl-Əvivin ərəb ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq üçün səylərini davam etdirəcəyinə söz verib.

Qeyd edək ki, Sionist rejim Qərb Sahilini ilhaq etmə prosesinə iyulun 1-də başlamanı planlaşdırır.

Şərh yaz


Məxfi kod
Yenilə