Bazar ertəsi, 04 May 2020 12:30

Sionist rejimin jurnalistləri yatırmaqda məqsədi, gerçəklikləri məhv etməkdir

    Sionist rejimin jurnalistləri yatırmaqda məqsədi, gerçəklikləri məhv etməkdir

Fələstin İslami Müqavimət Hərəkatı- HƏMAS-ın sözçüsü dünən gecə jurnalistlərin sionist rejim tərəfindən yatırılmalarına işarə edib. Deyib ki, sionist rejim jurnalistlərin hüquqlarını pozub, onları yatırmaqla gerçəklikləri məhv etmək niyyətindədir.

Fuzi Bərhum sonra belə qeyd edib: Qüdsü işğal etmiş rejim hədə-qorxu ilə, jurnalistləri, işğalçıların Fələstin xalqına qarşı cinayətlərini üzə çıxarmaq sahəsində rol oynamağı davam etdirməkdən çəkindirməyə çalışır.

HƏMAS sözçüsü Beynəlxalq Jurnalistlər Federasiyasından, beynəlxalq orqanlardan və insan haqları qurumlarından istəyibdir ki, fələstinli media müəssisələrinə və fələstinli jurnalistlərə dəstək vermək üçün təcili tədbir görsünlər.

Bərhum həmçinin sionist rejim başçılarının qırğın, həbs və işgəncəyə, həmçinin fələstinli jurnalistlərin hüquqlarını pozduqlarına görə, beynəlxalq məhkəmələrdə mühakimə edilmələri vacibliyini vurğulayıbdır.

Hazırda 12 fələstinli jurnalist sionist rejimin əsirliyindədir.

Şərh yaz


Məxfi kod
Yenilə