Bazar ertəsi, 27 Aprel 2020 18:29

Sionistlər Netanyahunun siyasətlərinə etiraz ediblər

Sionistlər Netanyahunun siyasətlərinə etiraz ediblər

Minlərlə sionist Benyamin Netanyahunun yeni nazirlər kabinetinin təşkilinə dair son siyasətinə etiraz olaraq aksiya keçirib.

İşğal olunmuş ərazilərin sakinlərindən minlərlə nəfər, həmçinin Hayfa şəhərindəki sionistlər dünən gecə «Mavi və Ağ» partiyasının sədri Beni Qants ilə sionist rejimin baş naziri Benyamin Netanyahu arasında yeni nazirlər kabinetinin təşkilinə dair razılaşmanın imzalanmasına etiraz olaraq, aksiya keçiriblər.

Sionistlər «Mavi və Ağ» koalisiyasından istəyiblər ki, korrupsiya barədə məhkəmə işlərində ittiham olunan Netanyahu ilə heç bir şəraitdə koalisya qurmasın.

Sionistlər həmçinin Netanyahunun yeni nazirlər kabinetində məhkəmə aparatına yiyələnməsinin qarşısının alınmasını istəyiblər.

Belə bir halda, sionist rejimin bəzi siyasi partiyaları «Mavi və Ağ» partiyasının sədri Beni Qants ilə sionist rejimin baş naziri Benyamin Netanyahu arasında yeni nazirlər kabinetinin təşkilinə dair razılaşmanın «korrupsiya kabineti»nin formalaşmasına bais olacağını bildiriblər.

Sionist rejimin baş naziri Benyamin Netanyahu və «Mavi və Ağ» partiyasının sədri Beni Qants uzun məşvərətlərdən sonra nəhayət koalisiya hökumətinin yaradılması haqda razılığa gəldilər.

Netanyahu rüşvətxorluq, dələduzluq və əmanətə xəyanət üzrə dörd məhkəmə işində ittiham olunubdur. Onun mühakiməsi mayın 24-dən başlanacaq.

İşğal olunmuş Fələstin ərazilərində koronavirus pandemiyasına görə, onun məhkəmə işinə baxılması hələlik dayandırılıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə