Bazar ertəsi, 27 Aprel 2020 13:20

Sionistlər arasında COVID-19-a yoluxanların sayı artıb

Sionistlər arasında COVID-19-a yoluxanların sayı artıb

Müalicə mütəxəssislərinin işğal olunmuş Fələstin ərazilərində koronavirus epidemiyasının ikinci dalğasının baş verməsi ehtimalı barədəki xəbərdarlıqları ilə bir zamanda rəqəmlər bu xəstəliyin həmin ərazilərdəki prosesinin artmaqda olmasından söz açır.

Sionist rejimin səhiyyə nazirliyi bu gün bildirib ki, ötən sutka ərzində daha 68 nəfər koronavirusa yoluxub.

Sionist rejimin səhiyyə nazirliyinin son rəqəmlərinə əsasən, yeni yoluxma hallarının qeydə alınması ilə işğal olunmuş ərazilərdə koronavirusa yoluxanların ümumi sayı, 15446 nəfərə yüksəlibdir ki, onlardan 129 nəfərin vəziyyəti ağırdır və daha üç nəfərin ölməsi ilə işğal olunmuş Fələstin ərazilərində koronavirusdan ölənlərin sayı 202 nəfərə çatıbdır.

Belə bir halda, sionist rejimin səhiyyə nazirliyindəki yüksək vəzifəli şəxslər bundan öncə bildirmişdilər ki, Təl-Əviv işğal olunmuş Fələstin ərazilərində koronavirus epidemiyasına nəzarət üçün geniş bir şəbəkənin yaradılması istiqamətində lazımi tədbirlər görməyib, bu virusa yoluxma üzrə çox sayda test aparmayıb və onun ikinci dalğasına hazır deyildir.

İşğal olunmuş Fələstin ərazilərindəki qocalar evlərinin və sanatoriyaların başçıları da bildiriblər ki, Təl-Əviv rejiminin koronavirusun qızğın çağında bu məkanlara diqqət yetirməməsi üzündən onlarda ölüm hallarının miqdarı artmaqdadır.

Şərh yaz


Məxfi kod
Yenilə