Bazar ertəsi, 27 Aprel 2020 11:15

Sionist rejimin ayrı-seçkilik siyasətlərinə qarşı tətil xəbərdarlığı

    Sionist rejimin ayrı-seçkilik siyasətlərinə qarşı tətil xəbərdarlığı

İşğal olunmuş Fələstində yaşayan fələstinlilər sionsit rejimin koronavirus ilə mübarizə üçün maliyyə yardımların azalmasına dair ayrı-seçkilik siyasətlərinə etiraz əlaməti olaraq ümumi tətil xəbərdarlığı veriblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, işğal olunmuş Fələstində ərəb yerli rəsmiləri komitəsi bildirib ki, sionist rejim işğal olunmuş ərazilərdə yaşayan fələstinliərə qarşı ayri-seçkilik meyarlarını tətbiq edir və bu istiqamətdə ərəb sakinli hissələrdə koronavirusun yayılmasının qarşısının alınması üçün ərəb yerli rəsmilərə maliyyə yardımları son dərəcə azalıb. 

Bu bəyanata görə, ərəb yerli rəsmiləri bildiriblər ki, sionist rejim işğal olunmuş ərazilərdəki ərəblərə dərhal təcili yardımlar göstərməzsə, ərəb rəsmilər gələn həftə ümumi tətil elan edəcəklər. 

Şərh yaz


Məxfi kod
Yenilə