Şənbə, 25 Aprel 2020 12:37

Onlarla fələstinli yaralanıb

Onlarla fələstinli yaralanıb

Sionist rejim hərbçilərinin, fələstinlilərin torpaqlarının bir hissəsinin işğal olunmuş ərazilərə qatılması planı və sionist qəsəbəsalma ilə müxalif olan fələstinli aksiyaçılara qarşı hücumunda onlarla fələstinli yaralanıb.

Qərb sahilindəki Qəlqiliya şəhərindən şərqdə yerləşən Kəfər Qəddum kəndinin sakinləri həftəlik aksiya keçiriblər. Onlar bu kəndin baş küçəsinin yenidən açılmasını tələb ediblər. Bu küçə bufer divarın çəkilməsi və sionist qəsəbələrin salınması məqsədilə 16 il bundan öncə bağlanıbdır.

Kəfər Qəddum kəndində xalq müqavimətinin koordinatoru Murad Şətivinin sözlərinə görə, işğalçı sionist hərbçilər cümə günü aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz işlədib və onlara atəş açıblar. Nəticədə onlarla nəfər yaralanıb və ya boğuntu halına düşübdür.

Benyamin Netanyahu və Beni Qants sionist rejimin koalisiya hökumətinin təşkili barədəki razılaşmada bildirdilər ki, iyun ayından qərb sahilinin bəzi hissələrinin işğal olunmuş ərazilərə qatılması məsələsini həyata keçirəcəklər.

Bu məsələ Amerika prezidenti Donald Trampın 2020-ci il yanvarın 28-də təqdim etdiyi irqçi «əsrin sövdələşməsi» planının bəndlərindən biridir.

Şərh yaz


Məxfi kod
Yenilə