Şənbə, 18 Aprel 2020 12:36

Sionist rejimin nazirlər kabinetinin təşkili knessetə tapşırılıb

Sionist rejimin nazirlər kabinetinin təşkili knessetə tapşırılıb

Sionist rejimin başçısı, baş nazirin seçilməsi və nazirlər kabinetinin təşkilini bu rejim parlamenti olan knessetə tapşırıb.

«Mavi və Ağ» partiyasının sədri Benni Qants-ın sionist rejimin nazirlər kabinetinin təşkili üzrə möhlətinin bitməsindən sonra bu rejimin başçısı Reuven Rivlin bu gün, hazırda knessetə də başçılıq edən Qantsa məktubda, onun nazirlər kabinetinin təşkili üzrə möhlətinin bitdiyini elan edib.

Reuven Rivlin bazar ertəsi günü nazirlər kabinetinin təşkili üzrə Benni Qants ilə Benyamin Netanyahu arasındakı müzakirələrin müddətini 48 saat uzatmışdı.

Rivlin bu məktubda nazirlər kabinetinin təşkilini knesset üzvlərinə tapşırıb və onlara xitabən yazıb ki, ümidvardır, knesset üzvləri əksəriyyəti elə təşkil edə biləcəklər ki, nazirlər kabineti tez bir zamanda yaradılmış olsun və seçkilərin dördüncü turunun keçirilməməsinə ehtiyac olmasın.

«Tayms İsrail» qəzetinin yazdığına görə, əgər knessetin 61 üzvü koalisiyanın təşkili üçün qarşıdakı 21 gün ərzində öz həmkarlarından birini himayə edərsə, nazirlər kabinetinin təşkili ona tapşırılacaqdır. Əks halda, sionist rejim bir ildə dördüncü dəfə ümumi seçkilər keçirəcəkdir.

İşğal olunmuş Fələstin bir ildən az bir müddətdə üç ardıcıl knesset seçkilərinin şahidi oldu ki. Indiyədək onların heç biri sionist rejimin yeni nazirlər kabinetinin təşkili ilə nəticələnməyibdir.

Son seçkilər də ondan öncəki iki seçki kimi konkret qalibə malik olmadı, amma nəticələr Benni Qants-ın sədri olduğu «Mavi və Ağ» partiyasının azsaylı üstünlüynə gətirib çıxardı.

Şərh yaz


Məxfi kod
Yenilə