Bazar ertəsi, 06 Aprel 2020 13:20

Sionistlər iki yoldan birini seçməlidirlər

Sionistlər iki yoldan birini seçməlidirlər

Fələstin İslami Cihad Təşkilatının baş katibi bildirib ki, Qəzzə zolağının mühasirəsinin davam etməsilə Fələstin xalqının həyatı təhdid olunur.

O, deyib: Sionistlər mühasirəyə son qoymaqla sığınacağa getməkdən birini seçməlidirlər.

Ziyad Nəxalə koronavirusun Qəzzə zolağında yayılmasının təhlükələrinə toxunub və belə deyib: Sionistlər bilməlidirlər ki, mühasirənin davam etməsi və «sionist rejimin toxunulmaz qalacağı» illüziyası onlara kömək etməyəcəkdir.

Qəzzə zolağının mühasirəsinə tez bir zamanda son qoyulmasını tələb edən Nəxalə vurğulayıb ki, müqavimət hər bir zamanda ləyaqətli bir yaşayış üçün mübarizəyə və Fələstin xalqını müdafiəyə hazırdır.

BMT-nin Qərbi Asiya məsələləri üzrə koordinatoru Nikolay Mladenov ötən bazar ertəsi günü bu təşkilatın təhlükəsizlik şurasının virtual iclasında dedi ki, koronavirus pandemiyası Qəzzə zolağını daha çox təhlükələrlə üzləşdiribdir.

Bir çox insan hüquqları təşkilatı da son günlər koronavirus pandemiyasının iki milyona yaxın fələstinlinin yaşadığı Qəzzə zolağında yayılması barədə xəbərdarlıq edibdir.

 

Şərh yaz


Məxfi kod
Yenilə