Cümə, 27 Mart 2020 17:06

Fələstinlilərin mənzillərinin dağıdılması davam edir

    Fələstinlilərin mənzillərinin dağıdılması davam edir

Sionist rejim hərbçiləri dünən İordan çayının qərb sahilində fələstinlilərin müxtəlif təsisatları və bi neçə mənzilini dağıdıblar.

Sionist rejim hərbçiləri Əriha, Tubas, Selfit və Əlxəlil bölgələrinə basqın edərək, fələstinlilərin müxtəlif təsisatları və mənzillərini dağıdıblar.

Sionist rejim fələstinlilərin mənzillərini dağıdıb, onların ərazilərində sionistsakinli qəsəbələr salmaqla Fələstin bölgələrinin coğrafi strukturunu dəyişdirmək və bu bölgələrə sionist görkəm vermək niyyətindədir ki, bu yolla özünün həmin bölgələrdəki hegemonçuluqlarını təsbit etmiş olsun.

Bütün bu qəsəbələr beynəlxalq qanunlara görə, qanunsuzdurlar.

BMT-nin Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də 2334 saylı qətnamədə sionist rejimdən istədi ki, işğal olunmu Fələstin ərazilərindəki bütün qəsəbəsalma fəaliyyətlərini dərhal və tam şəkildə dayandırsın.

Bununla belə, sionist rejm daima dünya ictimaiyyətinin tələbinə məhəl qoymadan sionistsakinli qəsəbələr salmağı davam etdirir və bu sahədə Amerikadan dəstək alır.

Şərh yaz


Məxfi kod
Yenilə